Menyu

Ukrayna Rusiyanın iddialarını təkzib edib

Operativ Media
Ukrayna Rusiyanın iddialarını təkzib edib

Ukrayna Rusiyanın Kupiansk və Yampol şəhərlərini ələ keçirilməsi barədə iddialarını yalanlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Kupiansk Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir. Şəhərdə və ətraf ərazilərdə düşmənin diversiya və kəşfiyyat qruplarını axtarmaq və zərərsizləşdirmək məqsədilə anti-diversiya və xüsusi əməliyyatlar davam etdirilir. Oxşar vəziyyət Yampolda da mövcuddur. Qoşunlarımız yaşayış məntəqəsində axtarış və zərbə əməliyyatlarını davam etdirir,”- deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Putinə məruzəsində Qərb hərbi qüvvələr qrupunun Kupyansk, Yampol, Petrovpavlovka və Maslikovkayanı nəzarə götürüldüyünü və ordunun Qırmızı (Krasnıy) Liman istiqamətində hərəkət etdiyini bildirib.

Əlaqəli Xəbərlər